Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötdü

  • 10:50 - 29 May

Dünyada koronavirusdan sağalanların sayı 2 508 291 nəfərə çatıb.

Avropa.info report-a istinadən xəbər verir ki, COVID-19-un aşkarlandığı bütün ölkələrdə təhlükəli virusdan sağalanların ümumi sayı tədricən artır.

COVID-19-dan ən çox sağalma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 490 130 insan təhlükəli virusdan xilas ola bilib.

Siyahıda sonrakı yerdə İspaniya qərarlaşıb. Bu ölkədə 196 958 xəstə yenidən həyata qayıdıb. Braziliya bu siyahıda üçüncü yerdədir. Ölkə həkimləri koronavirusa yoluxmuş 166 647 insanı sağalda biliblər.

Almaniyada 162 800 nəfər, Rusiyada 150 993 insan pandemiyanın qurbanı olmaqdan qurtulub. İtaliyada 147 101 xəstə, Türkiyədə 122 793 nəfər, İranda 111 176 koronavirus daşıyıcısı, Çində COVID-19 infeksiyasına yoluxmuş 78 288, Hindistanda 67 753 xəstə virusdan sağalıb.


Oxunma sayı: 32011

Oxşar yazılar