Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - Statistika

  • 23:30 - 28 May

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 28-nə olan statistik göstəriciləri açıqlayıb.

Avropa.info xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 006 test edildiyi bildirilib.

Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 284 669 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 759 nəfərə, sağalanların sayı 3 022 nəfərə, ölənlərin sayı isə 56 nəfərə çatıb.

 


Oxunma sayı: 5006

Oxşar yazılar