Azərbaycanda indiyədək 4759 nəfər koronavirusa yoluxub, 3022 nəfər sağalıb - 56 nəfər vəfat edib

  • 19:37 - 28 May

Hazırkı dövrədək Azərbaycan 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat etmiş, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.


Oxunma sayı: 4082

Oxşar yazılar