Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı - 2 nəfər öldü

  • 19:20 - 28 May

 

Azərbaycanda daha 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954-cü və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

"Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", - Qərargahdan bildirilib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.


Oxunma sayı: 4335

Oxşar yazılar