Yəməndə hərbi bazaya raket atılıb, 6 nəfər ölüb

  • 18:10 - 28 May

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Saqir bin Əzizə sui-qəsd edilib.

Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti sui-qəsd cəhdinə görə qiyamçı husilərdən qisas alacaqlarını açıqlayıb.

Bildirilib ki, gecə saatlarında Yəmənin Marib əyalətindəki hərbi bazaya husilər iki raket atıb. Hərbi rəhbərlik xəsarət almasa da, 6 hərbçi, o cümlədən Baş Qərargah rəisinin oğlu və qardaşı oğlu da ölüb.

Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi ölənlərinə ailəsinə başsağlığı verib. 

Ölkə parlamentinin sədri Sultan əl-Brakani günahkarların tapılıb cəzalandırılacağını vurğulayıb. (report)


Oxunma sayı: 4841

Oxşar yazılar