Ermənistanda koronavirusa yoluxanların sayı 8 mini keçib, 113 nəfər ölüb

  • 14:10 - 28 May

Ermənistanda son sutkada daha 442 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 216-ya yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 113 nəfərə çatıb.

Bildirilib ki, indiyədək 3 287 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 772 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.(report)


Oxunma sayı: 5259

Oxşar yazılar