Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

  • 12:45 - 28 May

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Hüseyn Altınalan səfirlik adından Azərbaycanı Respublika günü münasibətilə təbrik edib.

Avropa.info xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan xalqının həyatında yeni bir mərhələ və tarixi hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü müansibətilə səmimi qəlbdən təbrik edirəm. Bununla əlaqədar müstəqilliyini ilk olaraq Osmanlı dövlətinin tanıdığı Azərbaycan Respublikasının banisi Məmməd Əmin Rəsulzadə və azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mübarizə aparmış Qafqaz İslam ordusunun komandiri Nuru Paşa başda olmaqla şəhidlərin xatirəsini rəhmətlə anıram. Allahdan şanlı Azərbaycan bayrağının bu torpaqlar üzərində dalğalanmasını və bu ölkənin bir daha müstəqillik mübarizəsi aparmaq məcburiyyətindən qalmamasını diləyirik. Həqiqət odur ki, Azərbaycanın istiqlalı Türkiyənin istiqlalıdır. “Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.


Oxunma sayı: 2905

Oxşar yazılar