Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - STATİSTİKA

  • 22:35 - 27 May

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Avropa.info xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 325 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 280 663 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb, 2 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 568 nəfərə, sağalanların sayı 2 897nəfərə, ölənlərin sayı isə 54 nəfərə çatıb.

 


Oxunma sayı: 5941

Oxşar yazılar