Xaçmazda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb

  • 17:30 - 27 May

Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.

APA-nın  verdiyi məlumata görə, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 4544

Oxşar yazılar