AXCP Nəzarət Təftiş Komissiyasının üzvündən Əli Kərimliyə SON XƏBƏRDARLIQ

  • 15:46 - 27 May

Nə qədər görməzdən, bilməzdən keçsəm də, görürəm faydası yoxdu.Biləmirəm, müxalifətçi dostlarım demokratiya savaşı aparır yoxsa, Naxçıvanlılara qarşı region savaşı?

İllərdi bu mövzuda çox söhbətlər eşitsəm də, görsəmdə, təhlükəli məsələ olduğundan, açmadım, bükmədim.Kiçik dairələrdə gileyimi eşitdirdim ki, bəlkə anlayalar və bu sözləri dayandıralar, bir də danışmayalar. Amma təəssüf ki, belə nadanlara söz təsir etmir.
Mən həyatımı milli savaşa, xalqımızın bütövləşməsinə, torpaqlarımızın işğaldan azad olmasına və ölkəmizdə ədalətli cəmiyyətin - demokratiyanın qurulması üçün mübarizəyə sərf etmişəm.

Bu mübarizədə də 4 qardaşım, 3 dostümü mənə görə işdən-vəzifədən uzaqlaşdırıblar. Gözünüzün qarşısında şərlənərək həbs də olmuşam , Heç bir karyera düşünməmişəm. Ağır xəstə də olsam, mübarizəmi aparmışam.

Mənnən tələbə yaldaşlarım .həmyerlilərim, keçmiş yaxın olduğum iş yoldaşlarım, bu yolda olduğuma görə,zərər toxunar deyə kənar gəziblər. Xeyirlərində, şərlərində iştirak etməyimdən çəkiniblər. Bu münasibət məndə hər zaman dərin mənəvi pisxoloji sarsıntı yaradıbdır.Çox yaxın qohumlarım da hətda bu yola görə məndən üz döndəriblər.Amma buna baxmayaraq, mən yolumdan dönməmişəm.Əksinə mübarizədə olan insanları özümə qardaşdan əziz bilmişəm,onlara güvənmişəm.

Amma çoox təəssüf !! Yolumuzdakı insanların çoxunu tanımamışam. Mövcud rejimin idarəçiliyində gördüyüm haqsızlıqlardan betərini mən burda dost dediklərimin arasında gördüm.

Nə isə...., haqlarında yazıb, adlarını dilimə gətirmək istəmirəm ki, dillim murdarlanar. Buraxaq Allahın öhtəsinə ..!!

Uzun müşahidəlrimdən gördüm ki,çoxları bu mübarizəyə vəzifə, şöhrət ,pul qazanmaq arzusu ilə qoşulubdur. Millətçilik, dövlətçilik anlaşışında heç də indiki iqtidardan fərqlənmir.Milli savaş bunların sadəcə gizli niyyətini gizlətmək üçün dilə gətirilir.

Məni yaxından tanıyanlar bilirlər ki, mənim düşüncəmdə heç vaxt vəzifə,pul,şöhrət arzusu olmayıbdır. Mənim arzum yalnız ədalətli cəmmiyyət.

bütöv və demokrativ Azərbaycan ideyası olubdur.Təəssüf ki,bizim kimilər belə düşüncədə olduğumuz halda ,çoxları müxalifətdə azadlıq, demokratiya mübarizəsi adı altında çoox çirkin niyyətlə bu prosesə qoşulublar.

Və bu tipli insanlar özü kimiləriylə partiya düşərgəsində mafiyoz qurup kimi "şayka" yaradıb, əsil mübariz, vətənpərvər adamlara şər- böhtan atmaqla .etimatdan salır və insanların mübarizə əzmini sındırırlar. Çox yazıb sizləri yormaq istəmirəm. 20 illik hərəkat dövrümdə AXCP də mənə deyilən sözləri biləsiniz deyə, sizlərə çatdırıram:

Naxçıvanlılar burda nə s...r? 

Naxçıvanlıdısa, demək desantı.

Keçmiş polis işçisidir,aramıza salıblar.

Təhlükəsizliyin adamıdır,sifətindən görsənir.

Qeyri-müəyyən adamdır.

İdarə olunmaz adamdır.

Hakimiyyət darələriylə əlaqəli adamdır.

Və sairə və sairə...

Amma Sizlərin əsil kimliyini hələlikdə tam ortaya qoymuram.

Sizlərə görə yox, birinci şəxsiyyətimin baryerlərinə görə , ikincisi isə kimlərisə hələlikdə sevindirib. güldürmək istəmirəm. Amma bu o demək deyil ki, həmişə susacağam. Abırım, ləyaqətim arx suyu deyil ki,arxanızı yuyasınız. Bir də region söhbəti və arxamızca artıq- əskik danışıqlar eşidsəm, cavabı əvvəlki kimi susub yola vermək olmayacaqdır.Ağır bədəli olacqdır.

Seyid Mirfeyzulla


Oxunma sayı: 10330

Oxşar yazılar