Xətai rayonunun bəzi yerlərində suyun verilişi dayandırılacaq

  • 14:04 - 27 May

Bu gün Bakının Xətai rayonunun bəzi yerlərində içməli suyun təchizatında fasilələr yaranacaq.

“Azərsu” ASC-dən Avropa.info-ya verilən məlumata görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 27 may 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Xocalı pr, M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələri) içməli suyun verilişi dayandırılacaq.


 


Oxunma sayı: 4698

Oxşar yazılar