Kürdəmirdə daha 5 nəfər koronavirusa yoluxub

  • 12:02 - 27 May

Kürdəmirdə koronavirus infeksiyasına yoluxanların sayı 72 nəfərə çatıb.

Bu barədə report-a Kürdəmir rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, sonuncu dəfə götürülən yaxma nümunələrin nəticələrinə əsasən, daha beş rayon sakinində koronavirus əlamətləri aşkar olunub: "Həmin şəxslər dərhal nəzarətə gütürülərək aidiyyəti üzrə xəstəxanaya yerləşdiriliblər. Yeni yoluxanlardan dördü rayonun daha çox yoluxma halı qeydə alınan Sığırlı kənd sakinləridir. Bununla da Sığırlı kəndində virusa yoluxanların ümumi sayı 25 nəfərə çatıb. Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər. Kənddə fəaliyyət göstərən çayxanalar, kafelər eləcə də, insanların sıx toplaşdığı ərazilər müvəqqəti olaraq bağlanıb. Kənddə virusun aşkar olduğu ocaqlarda yaşayan və həmin əraziyə gedib gələnlərdən yaxma nümunələri götürülüb".

"Rayon ərazisində infeksiyaya yoluxan 72 nəfər rayon sakinindən 31 nəfəri müalicəsini başa vurub və sağalaraq evə buraxılıb. Onlardan bir neçəsi tibb işçiləri olub ki, onlar artıq tam sağalaraq işlərinə geri dönüblər. Qalan 41 nəfəri isə hazırda müxtəlif xəstəxalarda müalicə alır. Bu günə kimi rayonda virusa yoluxanlar arasında ölüm faktı qeydə alınmayıb", - Kürdəmir RMX-dan bildirilib.


Oxunma sayı: 4951

Oxşar yazılar