Türkiyədə koronovirusla bağlı bəzi məhdudiyyətlər götürülür

  • 11:10 - 27 May

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində tətbiq olunan növbəti komendant saatı rejimi bu gün saat 00:00-da başa çatıb.

"Anadolu" xəbər verir ki, dörd gün əvvəl Türkiyədə tətbiq olunan növbəti komendant saatı rejiminə Daxili İşlər Nazirliyi nəzarət edib.

Nazirliyin məlumatına görə, prosesin davam etdiyi dörd gündə tətbiq olunan qaydaları pozduğuna görə, 47 min 831 nəfər haqqında hüquqi tədbir görülüb. Budəfəki komendant saatı rejimi əvvəlkilərdən fərqli olaraq məhdud bölgələri deyil, bütün ölkəni əhatə edib.


Oxunma sayı: 12882

Oxşar yazılar