Azərbaycanda indiyədək 4403 nəfər koronavirusa yoluxub, 2819 nəfər sağalıb - 52 nəfər vəfat edib

  • 18:45 - 26 May

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1 532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Oxunma sayı: 4621

Oxşar yazılar