Gəncədə baş vermiş qətlin bəzi təfərrüatı məlum olub - YENİLƏNİB

  • 15:42 - 26 May

Gəncə şəhəri, Təbrz küçəsi 48-də baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.

Avropa.info report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov axşam saatlarında tanışı ilə yaşadığı evdə yeyib-içib. Bu zaman tanışlar arasında münaqişə yaranıb. Nəticədə A.Yusifov ürək, sinə və digər nahiyələrdən ümumilikdə 4 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Meyit səhər saatlarında yaxınları tərəfindən aşkarlanıb və bununla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Mərhum ailəli idi, 4 övladı var.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.

*** 10:37

Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. 

1957-ci il təvəllüdlü Asim Yusifov yaşadığı evdə tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

*** 10:09

Gəncə şəhərində mənzildən üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

Şəhərin Təbriz küçəsində yaşadığı mənzildəAsim Yusifovun meyiti aşkar olunub. 

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb. Onun qətlə yetirildiyi güman edilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 8273

Oxşar yazılar