Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

  • 15:25 - 26 May

Gürcüstanda COVİD-19 virusuna yoluxanların sayı 732 nəfərə çatıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların 537-si müalicə olunaraq sağalıb, 12-si isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 183 nəfər təşkil edir.

Hazırda Gürcüstanda 3076 nəfər karantində, 300 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da koronavirusdan müalicə olunur.


Oxunma sayı: 7074

Oxşar yazılar