Həmkəndlisinin qoyunlarını oğurlayan Biləsuvar sakini saxlanılıb

  • 20:48 - 25 May

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan rayon sakini saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Biləsuvar rayonunun Ağayrı kənd sakini R.İmanov mayın 24-də polisə müraciət edərək ona məxsus təsərrüfatdan ümumi dəyəri 1120 manat olan 6 baş qoyunun oğurlandığını bildirib.  Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.  Araşdırmalarla onun zərərçəkmişin həmkəndlisi İlkin Mustafazadə olduğu müəyyən edilib. Oğurlanmış heyvanlar müəyyən edilərək sahibinə qaytarılıb.  Faktla bağlı araşdırmalar aparılır.


Oxunma sayı: 2454

Oxşar yazılar