İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

  • 19:20 - 25 May

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Avropa.info xəbər verir ki, təbrikdə deyilir: 

"Zati-aliləri. 

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram. 

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir. 

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram. 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Oxunma sayı: 4511

Oxşar yazılar