Azərbaycanda indiyədək 4271 nəfər koronavirusa yoluxub, 2741 nəfər sağalıb - 51 nəfər vəfat edib

  • 16:28 - 25 May

 

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

 

 


Oxunma sayı: 4742

Oxşar yazılar