Ermənistanda koronavirusa yoluxanların sayı 1291 artıb

  • 13:10 - 25 May

Ermənistanda daha 452 nəfərdə koronavirus aşkarlanıb. Bu ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 113-ə yüksəlib.

Məlumata görə, ölkədə indiyədək 81 koronavirusdan ölüb.

Bildirilib ki, indiyədək 3 145 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 842 aktiv koronavirus xəstəsi var.


Oxunma sayı: 9120

Oxşar yazılar