Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

  • 12:02 - 25 May

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 42 şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 şirkət azdır.

Bu barədə Trend-ə Türkiyənin Ticarət-Sənaye Palatasından bildiriblər.

Qeyd edilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı 5,249 milyon lirə təşkil edib. 2019-cu yanvar-aprel aylarında bu göstərici 11,755 milyon lirə olub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan kapitalı ilə 35 şirkət İstanbulda qeydə alınıb. Bu şirkətlərin ümumi kapitalı 4,051 milyon lirə təşkil edib.

2020-ci ilin yanvaar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 4 sənaye, 2 tikinti, 19 topdan və pərakəndə ticarət, 2 turizm və 2 daşınmaz əmlak şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə 13 şirkət iqtisadiyyatın digər sahələri üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınmışdı. Bu, əvvəlki illə müqayisədə bir şirkət çox olub.


Oxunma sayı: 8966

Oxşar yazılar