Moskvada küçənin ortasında iki qruplaşma arasında atışma olub VİDEO

  • 23:55 - 24 May

Rusiyanın paytaxtı Moskva şəhərində bir qrup naməlum kişi küçədə avtomatlardan atəş açıb. 

Hadisə yerindən yayılmış görüntülərdən aydın olur ki, bir qrup kişi maşınlara əyləşərək dayanacaqdan uzaqlaşırlar. Bu zaman üç nəfərlik başqa bir qrup avtomata bənzər silahlardan onlara atəş açmağa başlayır. 

Baş verənləri şahidlər pəncərədən çəkiblər. 

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı haqqında dəqiq məlumat yoxdur. Hazırda polis hadisə yerində təhqiqat aparır. 
(oxu.az)


Oxunma sayı: 3675

Oxşar yazılar