Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub

  • 23:40 - 24 May

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib. 

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar


Oxunma sayı: 6733

Oxşar yazılar