Tramp Rusiya və Çinin onun seçkilərdə qalib gəlməsini istəmədiyini deyib

  • 22:20 - 24 May

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, rusiyalı həmkarı Vladimir Putin ona yaxşı münasibət göstərir, amma prezident seçkilərində qalib gəlməsini istəmir. 

Bu barədə TASS xəbər verir. 

“Rusiyanın başına gələn ən pis şey mənəm və Putin bunu başa düşür. Putinlə münasibətim yaxşıdır, amma bəlkə də seçkilərdə qalib gəlməyimi istəmir. Ancaq düşünürəm ki, (Putin-red) mənə yaxşı münasibət göstərir”, - Tramp jurnalistlərə deyib. 

“Cin həmçinin yenidən prezident seçilməyimi istəmir”, - ABŞ lideri əlavə edib.(report)


Oxunma sayı: 10132

Oxşar yazılar