Qırğızıstanda keçmiş spiker Çolponbayev koronavirusdan öldü

  • 20:02 - 24 May

Qırğızıstan parlamentinin keçmiş spikeri, Koronavirusa yoluxmuş Mukar Çolponbayev mayın 24-də respublika xəstəxanasının infeksiya şöbəsində vəfat edib. Bu barədə ölkədəki operativ qərargah məlumat yayıb.

Çolponbayev xəstəxanaya mayın 5-də gətirilib. Mayın 12-dən reanimasiya şöbəsinə yerləşdirilən keçmiş spiker iki gün sonra süni nəfəs apatarına qoşulubmuş. Operativ qərargahın açıqlamasında qeyd olunur ki, koronavirus fonunda Çolponbayevdə bir sıra ağırlaşmalar, ikitərəfli sətəlcəm və tənəffüs çatışmazlığı olub. Bundan başqa onun ürək, böyrək və qan damarlarında da problemlər olub.

 

70 yaşlı Mukar Çolponbayev 1995-1996-cı illərdə Qırğızıstan parlamentinin spikeri olub. Rəsmi məlumata görə, Çolponbayev Qırğızıstanda COVİD-19-dan vəfat edən 15-ci adamdır.


Oxunma sayı: 12244

Oxşar yazılar