ÜTT-nın yeni direktoru ispaniyalı diplomat ola bilər

  • 18:02 - 24 May

Avropa İttifaqı İspaniyanın xarici işlər naziri Arançi Gonsalez Layanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru vəzifəsinə namizədliyini dəstəkləyəcək. 

Bu barədə “Bloomberg” Almaniyanın “WirtschaftsWoche” jurnalına istinadən məlumat yayıb. 

Brüsseldəki avropalı rəsmilərinin fikrincə, ABŞ-ın Avropa Komissiyasının keçmiş ticarət komisarı Sesil Malmströmun namizədliyinə dəstək verməməsi, onun ÜTT-nın baş direktoru vəzifəsinə namizəd kimi göstərilməyəcəyi deməkdir. 

İspaniya hökuməti və Xarici İşlər Nazirliyi məlumatı hələ şərh etməyib.


Oxunma sayı: 5105

Oxşar yazılar