Azərbaycanda indiyədək 4122 nəfər koronavirusa yoluxub, 2607 nəfər sağalıb - 49 nəfər vəfat edib

  • 17:10 - 24 May

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Oxunma sayı: 6579

Oxşar yazılar