Mingəçevirdə qadın sürücü idarəetməni itirərək 13 nəfəri vurub - FOTO

  • 16:53 - 24 May

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

TƏBİB-dən Avropa.info-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır. 

***

Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub. 

Avropa.info apa-ya istinadən xəbər verir ki, Mingəçevir sakini Elnarə Abdullayeva 

Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb. 


Bu zaman həyat yoldaşının avtomobili idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb. 

Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.  

*** 

saat 13.51  

Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib. 

Qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib. 

Qadın sürücünün idarə etdiyi avtomobil 7-si azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib. 
 

Faktla bağlı araşdırma başlanılıb.

1 / 2



 


Oxunma sayı: 8251

Oxşar yazılar