Qırğız və Tacikistan sərhədçiləri arasında yenə atışma olub

  • 15:27 - 24 May

Qırğız və Tacikistan sərhədçiləri arasında yenidən atışma olub. 

Bu barədə Qırğız Dövlət Sərhəd Xidməti açıqlama yayıb. 

Bundan əvvəl sərhəddə insident mayın 8-də baş verib. Həmin vaxt atışma zamanı 3 qırğz, 2 tacik sərhədçisi xəsarət alıb. 

Bu gün isə Qırğızın Batken vilayətinin Monok rayonunda “Vorux” tacik anklavının sakinləri ölkə ərazisində mal-qara otarmağa cəhd edib. Bu zaman Tacikistan tərəfdən Qırğız sərhədçilərinə atəş açılmağa başlanıb. Daha sonra saat 11.40 radələrində sərhədçilər arasında qısa atışma olub. Sərhədçilər arasında xəsarət alan yoxdur. 

İki ölkənin sərhəd xidmətləri baş verən olayla bağlı danışıqlar aparırlar. Hazırda iki ölkə sərhədində vəziyyət sabitdir. 

Qeyd edək ki, Qırğız və Tacikistan sərhədində dövrü olaraq münaqişələr baş verir. Bunun əsas səbəbi iki ölkə arasında 980 km sərhədin 450 km-nin delimitasiya və demarkasiyasının hələ razılaşdırılmamasıdır.(apa)


Oxunma sayı: 3202

Oxşar yazılar