İngilislərdən Afinanı qarışdıran "Türk əsgəri Yunanıstanın 16 hektar torpağını ələ keçirdi" iddiası : " Miçotakis qarşısında türkləri görüncə, əzildi" (FOTO)

  • 02:10 - 24 May

İngilis mediası Türkiyə ilə Yunanıstan arasında kriz çıxaracaq bir xəbər yayıb. 

Avropa.info xəbər verir ki, İngiltərənin "The Sun" qəzeti Türkiyənin Yunanıstana aid 16 hektar torpağı ələ keçirdiyini iddia edib. 

Yunanıstan hökuməti rəsmi medianın bu xəbərləri yaymasına qadağa qoysa da, aşırı sağçı media və sosial şəbəkələrdə bu iddia müzakirə olunub.

Sosial mediada Yunanıstan Xarici İşlər naziri Nikos Dendias “Türklər torpaqlarımızı işğal etdi və siz hələ də vəzifədəsiniz" haştaqı ilə tənqid olunub.

Məsələylə bağlı bu gün açıqlama verən Dendias, “Bir neçə metr ərazi üçün gərginlik çıxarmaq fikirində deyilik" deyib. 

Foto - The Sun gazetesi, Türkiye’nin, sınırın Yunanistan tarafında kaldığını iddia ettiği 16 dönümlük alanı işgal ettiğini yazdı.

Bu sözlər aşırı sağçılar və ana müxalifət partiyası SYRİZA-nı daha da hiddətləndirib.

Bundan sonra, Yunanıstan XİN rəhbəri yeni açıqlama yaymaq məcburiyyətində qalıb. 

"Torpaqlarımızda heç bir xarici ölkə əsgəri yoxdur. Ölkənin hökumət qaynaqları durarkən saxta xəbərlər yayan aşırı sağçı saytlara etibar edilməməlidir"- Nikos Dendias belə deyib. 

Lakin, XİN rəhbərinin bu açıqlamaları sosial şəbəkələrdə sərt tənqidlərlə qarşılanıb. Sosial şəbəkələrdə "Qaçqınlara qarşı coşan baş nazir Miçotakis, qarşısında türkləri görüncə qorxdu və əzildi" haştaqı açılıb.

Məsələylə bağlı Türkiyədən hər hansısa bir açıqlama edilməyib.

Avropa.info

Foto - Türk sınır birliklerinin işgal ettiğinin öne sürüldüğü 16 dönümlük arazi, Meriç nehrinin yükselmesiyle sular altında kalan, nehir çekildiğinde de gün yüzüne çıkan bir alanı kapsıyor.

Oxunma sayı: 11133

Oxşar yazılar