Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

  • 01:24 - 24 May

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

Avropa.info xəbər verir ki, Mehriban Əliyevanın "Instagram" səhifəsində edilən paylaşımda deyilir:

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”


Oxunma sayı: 11529

Oxşar yazılar