ÜST: Dünyada koronavirusa yoluxanların sayı 110 minə yaxın artıb

  • 23:55 - 23 May

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 110 minə yaxın artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Mayın 23-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 109 536 nəfər yeni koronavirusa yoluxub, 5 663 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 103 006, ölənlərin isə 333 401 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 282 488 yoluxma və 135 184 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 1 987 657, ölənlərin sayı isə 172 958 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 402 919 yoluxma və 10 806 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Oxunma sayı: 3125

Oxşar yazılar