İspaniyada 10 günlük matəm elan ediləcək

  • 23:40 - 23 May

İspaniyada koronavirus qurbanlarının xatirəsinə matəm elan ediləcək.

Bunu ölkənin Baş naziri Pedro Sançes deyib.

Onun sözlərinə görə, gələn həftənin ikinci günü elan olunacaq matəm 10 gün davam edəcək.

"Biz əsrin ən pis fəlakətini dayandırdıq. Ölkəmizin bərpası məsələsi hələ qarşıdadır. Hökumət çərşənbə axşamından başlayacaq matəmlə bağlı rəsmi bəyanat qəbul edəcək. Matəm on gün davam edəcək. Bütün dövlət qurumlarında və Hərbi Dəniz Donanması gəmilərində bayraqlar endiriləcək. Bu, matəmlə qurbanlarımızın xatirəsinə hörmətimizi göstərmək istəyirik”, - deyə hökumət rəhbəri vurğulayıb.

Azvision.az xatırladır ki, İspaniya koronavirus qurbanların sayına görə dünyada dördüncü yeri tutur. İndiyədək İspaniyada COVID-19 diaqnozu qoyulmuş 28,6 min insan ölüb.


Oxunma sayı: 5512

Oxşar yazılar