Ukraynada deputat qətlə yetirilib

  • 23:03 - 23 May

Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı Valeri Davidenkonun meyiti aşkarlanıb.

Bu barədə  Ukraynanın "Strana” nəşri xəbər verir. 

Qeyd edilir ki, o, başından aldığı güllə yarasından ölüb. Nəşrin məlumatına görə, parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib.

Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

Valeri Nikolaeviç Davidenko 16 mart 1973-cü ildə anadan olub. O, parlamentə Çerniqov əyalətinin 208-ci dairəsindən seçilmişdi. V.Davidenko namizədliyini müstəqil irəli sürüb. O, heç bir partiyanın üzvü deyil. 


Oxunma sayı: 2564

Oxşar yazılar