Güclü külək Bərdədə ağacları aşırıb - Foto

  • 20:00 - 23 May

Güclü külək Bərdə rayonunda bir sıra fəsadlar törədib. 

"Report"un məlumatına görə, səhər saatlarında əsməyə başlayan külək şəhərin Üzeyir Hacıbəyli küçəsində ağacları və budaqları qıraraq yola aşırıb. 

Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlərini davam etdirir.

 

 

 


Oxunma sayı: 5204

Oxşar yazılar