İlham Rəhimov sözündə durdu: Tovuza təcili yardım maşını hədiyyə olundu

  • 19:43 - 23 May

Xəbər verdiyimiz kimi, Azərbaycan kökənli iki milyarder - professor İlham Rəhimov və Qod Nisanov Azərbaycan prezidentinin çağırışına qoşularaq Koronavirusla Mübarizə Fonduna 2 milyon dollar həcmində maddi vəsait köçürdüklərini, əlavə olaraq ölkəyə 10 ədəd təcili tibbi yardım avtomobili hədiyyə etdiklərini bildirmişdilər. 

Professor İlham Rəhimov o zaman "Yeni Müsavat" qəzetinin əməkdaşına həmin avtomobillərdən birinin sərhəd bölgəsi olan Tovuza bağışlanacağını demişdi. 

Bu gün Tovuzdan Musavat.com-a verilən məlumata görə, professor sözünün üstündə durub və ölkə səhiyyəsi üçün nəzərdə tutulan hədiyyə ambulanslardan biri - tam təchizatlı, "Folksvagen" markalı təcili tibbi yardım maşını Tovuza gətirilib və rayon səhiyyəsinə hədiyyə edilib. Həmin hadisəyə dair eksklüziv fotoları təqdim edirik. 


Oxunma sayı: 4104

Oxşar yazılar