Güclü külək fəsadlar törətdi: Ağaclar aşdı, işıq kəsildi - Foto

  • 13:41 - 23 May

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə “Azərişıq” ASC-dən Avropa.info-ya bildirilib.

Qeyd edilir ki, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və irigövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.

“Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - materal və texnika ayrılıb.

Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

 


Oxunma sayı: 3180

Oxşar yazılar