Bakı sakini yarım kiloqram narkotiklə tutuldu

  • 13:34 - 23 May

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları keçirib.

Zabrat qəsəbəsi ərazisindəki Zabrat dəmir yolu stansiyasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.


Oxunma sayı: 2487

Oxşar yazılar