Ağsuda avtomobil qaçırıb satan şəxs tutuldu – Foto

  • 13:11 - 23 May

Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən yerli sakin R.Abuzərov ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

Avropa.info xəbər veri ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Araz Vəliyev olduğu müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, A.Vəliyev R.Abuzərova məxsus “VAZ 2107” markalı avtomaşını almaq məqsədilə avtomobilə oturub və daha sonra maşını qaçıraraq, ərazini tərk edib.

Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə aparıb və onu şəhər sakini İlqar Məmmədova satıb. Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılaraq, Ağsu RPŞ-yə gətirilib. Avtomobil isə heç bir zərər görmədən sahibinə geri qaytarılıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 1981

Oxşar yazılar