Jirinovski: "Miqrantların Rusiyaya qayıdışının qarşısı alınmalıdır"

  • 12:37 - 23 May

Koronovirusa görə ölkələrinə gedən əmək miqrantlarının gələcəkdə Rusiyaya qayıdışı məhdudlaşdırılmalıdır.

Avropa.info xəbər verir ki, bu fikirdə olan LDPR sədr Vladimir Jirinovskinin sözlərinə görə, böhrandan sonra iş yerləri ilk növbədə Rusiya vətəndaşlarına lazım olacaq.

"Koronovirus üzündən Rusiyadan xeyli sayda əmək miqrantı getdi. Gələcək perspektivdə onların Rusiyaya qayıdışının qarşısı məhdudlaşdırılmalıdır. Bizdə onsuz da daha çox işsiz ola bilər, iş yerləri ilk növbədə Rusiya vətəndaşlarına lazımdır" - Jirinovski öz "Telegram" kanalında yazıb.

LDPR sədri Orta Asiyadan gələn miqrantların öz ölkələrində qalıb işləməsi üçün bu ölkəyə daha meyvə-tərəvəz sifarişi verməyi təklif edib. 

 


Oxunma sayı: 12926

Oxşar yazılar