Bayram günlərində küçəyə çıxmaq qadağan olundu – Qaydaları pozanlar cərimələnəcək

  • 11:42 - 23 May

Türkiyədə küçəyə çıxma qadağası tətbiq edilib.

Avropa.info-nun məlumatına görə, Türkiyənin 81 vilayətində bayram günlərində küçəyə çıxmaq qadağan olunub.

Bu gündən mayın 26-na qədər küçəyə çıxan şəxslər cərimələnəcək.

Qeyd edək ki, market, dükan, qəssabxana və səhər saat 10-dan axşam saat 5-dək açıq olacaq. Şirniyyat mağazaları, un məmulatları satan yerlər bu günlərdə bağlı qalacaq.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə, Türkiyədə 4000-dən çox insan koronavirusdan ölüb.


Oxunma sayı: 4236

Oxşar yazılar