Bakıda quldur dəstə taksi sürücüsünə hücum etdi

  • 11:37 - 23 May

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb.

Avropa.info trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib. Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Xəzər" markalı avtomobilə 3 nəfər naməlum şəxs əyləşərək onu hədələyib. Həmin şəxslər onun 100 manatını alaraq hadisə yerindən qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsilə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Oxunma sayı: 1387

Oxşar yazılar