Güclü külək Gəncədə fəsadlar törətdi

  • 10:27 - 23 May

Gəncədə axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

Avropa.info bildirir ki, şəhərin Sadıllı qəsəbəsində, Əli Nəzərov, Abbas Səhhət, Şahsevənlər və Təbriz küçələrində, eləcə də bir sıra digər ərazilərdə ağaclar aşıb.

Aşan ağaclar naqilləri zədələdiyindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.


Oxunma sayı: 1849

Oxşar yazılar