Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv edildi

  • 10:16 - 23 May

Gürcüstanda mart ayının sonlarında koronavirus pandemiyası səbəbilə tətbiq edilən fövqəladə vəziyyət rejimi və komendant saatı ləğv edilib.

Avropa.info bildirir ki, bunu Gürcüstanın baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani deyib.

İ.Çikovani bildirib: "Ölkənin atdığı uğurlu addımlar və gördüyü tədbirlər bizə fövqəladə vəziyyətin sona çatması, həmçinin məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması barədə danışmağa imkan verir".

Bildirilir ki, kafelər, restoranlar, idman zalları, fitnes-mərkəzlər, iri ticarət mərkəzləri, həmçinin mehmanxanalar bağlı qalır.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Gürcüstanda yeni növ koronavirusa 723 yoluxma halı qeydə alınıb, 12 nəfər dünyasını dəyişib.


Oxunma sayı: 2245

Oxşar yazılar