Türkiyədə gün ərzində 27 nəfər koronavirusdan öldü

  • 22:30 - 22 May

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 37 507 şübhəli koronavirus testindən keçib, onlardan 952 nəfərin cavabı pozitiv çıxıb.

 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4276 nəfər ölüb, 154 500 nəfər bu infeksiyaya yoluxub, 11 611 nəfəri isə müalicə olunub. Bu gün daha 1121  xəstə evə buraxılıb. 

Nazir bildirib ki, dəstəyə ehtiyacı olan xəstə sayı azalır, reanimasiyada ümumilikdə 800 xəstə var.


Oxunma sayı: 2685

Oxşar yazılar