Niderland Kralı Prezident İlham Əliyevi təbrik etdi

  • 20:10 - 22 May

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvalayıb. 

Avropa.info xəbər verir ki, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

İcazə verin ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş çağırış olduğunu da bildirmək istəyirəm.

Koronavirusa qalib gəlmək üçün birgə səylərimizi davam etdirdiyimiz bir vaxtda Sizə, hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, qüvvət və cansağlığı diləyirəm".


Oxunma sayı: 2179

Oxşar yazılar