TƏBİB-dən növbəti maska xəbərdarlığı

  • 19:23 - 22 May

"Açıq havada fəaliyyət göstərən kafe və restoranların iş qrafiki ilə bağlı məhudiyyətlər qüvvədədir. Qərarın dəyişməsi epidemioloji vəziyyətin gedişatından asılı olacaq".

Avropa.info report-a istinadən xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, qapalı məkanlarda tibbi maskaların taxılması məcburidir və buna əməl etməyənlər cərimə olunacaq: “Açıq havada isə maskalardan istifadə tövsiyə xarakterlidir. Amma haradasa açıq havada növbə olarsa, orada da tibbi maska taxmaq məcburi olacaq”.


Oxunma sayı: 2102

Oxşar yazılar