Ramin Bayramlı: İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik

  • 18:34 - 22 May

Operativ Qərargahın tibb bölməsi tərəfindən həftə sonları, bayram günləri 2-4 günlük küçəyə çıxma qadağalarının tətbiqi ilə bağlı qaydalar hazırlanıb. Bu bayramda həmin qaydaların tətbiqi barədə müzakirələr apardıq. Avropa.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib. 

O deyib ki, mövcud epidemioloji statistik göstəricilər qısamüddətli bağlanma alqoritminə uyğun olmadığı üçün buna gedilməyib: “Amma epidemioloji vəziyyət dəyişərsə və statistik göstəricilər qısa müddətli qadağaların alqoritminə uyğun olarsa, bunların tətbiqi önümüzdəki həftə yenidən müzakirə oluna bilər. Bu qadağanın tətbiq olunmaması o demək deyil ki, gələcək həftə sonlarında, bayramlarda da tətbiq olunmayacaq. Bunu hər birimizin sosial məsuliyyəti və epidemiyanın gedişatı müəyyən edəcək. Əslində bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə bayramda küçəyə çıxma qadağasının tətbiq olunmaması bayramı  daha maraqlı və sərbəst keçirməyimizə imkan verir. Qohumlara gedib onları riskə atmaqdansa, bayramı evdə ailəmizlə, ya da yaxın parka getməklə keçirə bilərik. İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik”. 


Oxunma sayı: 2443

Oxşar yazılar