Azərbaycanda cərrah koronavirusdan öldü

  • 17:18 - 22 May

Azərbaycanda koronavirusdan daha 2 nəfər öldü.

Avropa.info xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, ölənlər 1949 və 1962-ci il təvəllüdlü şəxslərdir:

“Bu gün vəfat edənlərdən biri Gəncə şəhər xəstəxanasının cərrahı işləyib. O, 30 apreldə Mərkəzi Neftçilər Xəstəxanasına daxil olub və süni nəfəs aparatına qoşulub. Aparılan müalicəyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhuma rəhmət diləyir, yaxınlarına başsağlığı veririk”.

Xatırladaq ki, bir neçə gün öncə Gəncədə daha bir həkim koronavirusdan vəfat etmişdi.

Qeyd edək ki, hazırkı dövrədək ölənlərin sayı 46-ya çatıb. Ümumilikdə ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Oxunma sayı: 2344

Oxşar yazılar