Pakistanda təyyarə qəzası: 107 nəfər öldü – Video (Yenilənib)

  • 16:19 - 22 May

Karaçidə yaşayış məntəqəsinə düşən "Airbus A320" təyyarəsinin göyərtəsində ümumilikdə 107 nəfər olub.

Bu barədə "The New York Times"ın verdiyi xəbərdən məlum olub.

"Göyərtəsində 99 sərnişin və 8 heyət üzvü olan RK 8303 təyyarəsi qəzaya uğrayıb", - deyə, məlumat verilib. Lahor-Karaçi istiqamətində uçan təyyarənin Karaçi Hava limanı yaxınlığında qəsəbəyə düşdüyü bildirilib. Bölgəyə xilasetmə briqadaları cəlb edilib.

Qeyd olunub ki, qəzaya uğrayan Airbus A-320 təyyarəsində 107 nəfər olub. Onlardan 99-u sərnişin, 8 nəfər ekipaj üzvüdür. Qəza zamanı 107 nəfərdən sağ qalan olmayıb.

Qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.

***

"Pakistan Beynəlxalq Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.

Avropa.info bildirir ki, hadisənin təyyarənin eniş etməsinə az qalmış baş verib.

Qəza zamanı təyyarədə 91 sərnişin olub. Onların taleyi barədə hələlik məlumat verilməyib.

Təyyarə Lahordan Kəraçiye daxili reys yerinə yetirirdi.

Hadisə yerinə xilasedicilər, eləcə də hərbçilər cəlb edilib.


Oxunma sayı: 4544

Oxşar yazılar